• Litseyin uğurları                     
                                 Litseyin müəllimləri
             
                          Litseyin mə’zunları
               •                11“a” sinfi (2003-cü il)
                                       Litseyin tədbirləri…
                                • Fotoalbom

                           • Məktəblə əlaqə









                                                    |abiturient.az|  |tqdk.gov.az|  |mekteb.edu.az |min.edu.az|  |education.az|  |kitab.az|  |gencler.az|  
                                            
"Xatirələr və görüşlər" kitabına nəzər salaq…

Liseyin şagirdləri ictimai işlərdə də fəal iştirak edirlər. Azərbaycanın görkəmli şəxsiyyətləri ilə keçirilən görüşlər daha maraqlı olur. Onların hər biri bizim məktəbə böyük həvəslə gəlirlər. Gəlin məktəbin "Xatirələr və görüşlər" kitabına nəzər salaq, yazılmış xoş sözlərin müəllifləri ilə tanış olaq.


   Sumqayıtdakı Texniki və Təbiət Elmlər Liseyində oldum, burada fəaliyyət göstərən pedaqoji kollektivlə və şagirdlərlə görüşdüyüm üçün özümü xoşbəxt sayıram. İlk liseylər məş`əlindən biri olan həmin liseyə də`vət olunmağımla fəxr edirəm. Məktəbdəki tə`lim-tərbiyə işlərinin səviyyəsi, burada hökm sürən nizam-intizam, məs`uliyyət və tələbkarlıq hər bir müəllimdə sezilən işləmək, çalışmaq əzmi gələcəkdə onun daha böyük şöhrət qazanmasına imkan yaradır.
R.Göyüşov,professor.

   Mən Sumqayıtda fəaliyyət göstərən yeni tipli tədris ocağının işi ilə hərtərəfli tanış oldum. Şagirdlərin mənə verdikləri suallar həm quruluşuna, həm də məntiqinə görə onların ağıllı, zəkalı, savadlı olduqlarını nümayiş etdirdi. Bu, həm də burada çalışan müəllimlərin əməyinə bir güzgü rolunu oynayırdı.
Ə.Abdullayev,akademik.

   Sumqayıtdakı N.Gəncəvi adına lisey məndə gözəl, unudulmaz duyğular yaratdı. Bu yeni tədris ocağına sevgilərimlə və böyük hörmətlə kollektivə xoş günlər arzulayır və onların nəzərdə tutduqları bütün planların həyata keçirilməsinə inanıram. Burada təhsil alan balalarımıza-sabahkı əvəzedilməzlərimizə daha böyük uğurlar diləyirəm.
A.Məlikov,xalq artisti, bəstəkar.

   Gənc nəslin tərbiyəsində Texniki və Təbiət Elmlər Liseyinin müəllimləri həqiqətən gərgin əmək sərf etmişlər. Əminik ki, hər cəhətdən nümunə səviyyəsində olan bu yeni tədris ocağında xalqımızın sabahkı ağıllı, kamallı, hər şeyə qadir övladları yetişəcəkdir.
Professorlar:A.İbrahimov, A.Məhərrəmov, M Bayramov.

   Mən N. Gəncəvi adına Texniki və Təbiət Elmlər Lisyinin tələbə hey`əti ilə görüşəndən, fənn kabinetlərini gəzəndən sonra Sumqayıtdan çox məmnun qayıdıram. Bu gözəl təhsil ocağına Azərbaycanın qabaqcıl qadınlarından Minarə xanım Tahirova rəhbərlik edir. Hər yerdə qadın səliqəsi, hər yerdə təmizlik. İndiki keçid dövründə öz adət-ən`ənələrini qoruyub saxlayan, məktəb əşyalarını səliqə ilə işlədən nadir təhsil ocağı mənim ürəyimi sevinclə doldurdu.
Əzizi Əhmədova-Türkan, yazıçı.

   Mənim üçün bu gün ömrümün ən mə`nalı günlərindən biri olaraq qalacaq, çünki məmləkətimizin gələcəyi olan uşaqlarla ünsiyyət hər bir insan üçün vacib və taleyüklüdür! Məktəbinizə uğurlar və gələcək insan tərbiyəsi işində uğurlar arzulayıram!
Cavanşir Quliyev, bəstəkar.

   Minarə xanım, Sizin kimi gözəl ziyalı, maarifpərvər bir insanla tanışlığıma çox məmnunam. Bu gün Sizin liseydə keçirilən hərbi vətənpərvərlik tərbiyəsi çox tə`siredici idi. Bu əlamətdar, sevindirici günü heç vaxt yadımızdan çıxarmayacağıq.
Şəmistan Əlizamanlı,hərbiçi.

   Gənc nəslin tə`lim-tərbiyəsi ilə məşğul olan, onları gələcəyin mütəxəssisi etmək üçün öz bacarıqlarını əsirgəməyən, ürəklərinin bir parçasını, hərarətini uşaqlara bəxş edən gözəl müəllim kollektivinə Bakı Bələdiyyə teatrının liseydə göstərdiyi "Nadi şah" tamaşasında məşğul olan kollektivin adından böyük uğurlar diləyirik.
Xalq artisti, Millət vəkili.Amaliya Pənahova.

   Mən, Əlizadə Səyyad Əşrəf oğlu fəxr edirəm ki, Azərbaycanımızda Texniki və Təbiət Elmlər Liseyi yaradılıb və inkişaf eləmiş ölkələrdəki liseylərdən heç də geri qalmır! Çox şadam ki, bu liseyin müəllim və şagird kollektivi qarşısında konsert oxudum! Eşq olsun liseyin müəllim kollektivinə!


      © Copyright 2003-2004- All rights reserved

Litsey haqqında son xəbərlər...


Saytımızda hansı dəyişikliyi görmək istərdiniz?

dizayn
mə'lumatlar
həm dizayn, həm də mə'lumatlar
heç bir dəyişiklik


     

 
Saytın son yeniləşmə tarixi: 13.09.2004
webdesigner-Sevinj Suleymanova 
e-mail:sevinc@ttel-az.net  
Hosted by uCoz