• Litseyin uğurları                     
                                 Litseyin müəllimləri
             
                          Litseyin mə’zunları
               •               • 11“a” sinfi (2003-cü il)
                                       Litseyin tədbirləri
                                • Fotoalbom

                           • Məktəblə əlaqə













                                                    |abiturient.az|  |tqdk.gov.az|  |mekteb.edu.az |min.edu.az|  |education.az|  |kitab.az|  |gencler.az|  
                                            

N.Gəncəvi adına
Texniki və Təbiət Elmlər Litseyi

Azərbaycan versiyası                                     İngilis versiyası

    Məktəb 1986-1987-ci tədris ilində istifadəyə verilmişdir. Bir müddət beynəlmiləl məktəb kimi fəaliyyət göstərmişdir. Qısa müddət ərzində məktəbin qazandığı uğurlar Təhsil Nazirliyinin diqqətindən yayınmamışdir. Bu, elə vaxt idi ki, nazirlikdə yeni tipli məktəblər –gimnaziyalar, kolleclər, litseylər açmağa maraq göstərilirdi. Nəhayət, bu maraq 32 saylı orta məktəbin üstünə də cəmləşdi. N.Gəncəvi adına Texniki və Təbiət Elmlər Litseyi keçmiş 32 saylı orta məktəbin bazası əsasında 1991-1992-ci tədris ilindən e'tibarən fəaliyyət göstərməyə başlamışdır.
   Azərbaycan Respublikası Elmlər Akademiyası və Təhsil Nazirliyinin 4 dekabr 1991-ci il tarixli 873 saylı birgə qərarları əsasında Elmlər Akademiyası litseyin elmi-metodik rəhbəri, akademiyanın vitse-prezidenti, akademik U.Ələkbərov isə fəxri direktoru tə'yin edilmişdir. Tədris ocağına Minarə Məhəmməd qızı Tahirova rəhbərlik edir. Litsey adını alandan sonra məktəbin maddi-texniki bazası möhkəmləndirildi. Litseyə yüksək hazırlıqlı müəllimlər cəlb olundular. Onlar müsabiqə yolu ilə seçilərək, burada işləmək hüququ qazandılar.
   Hal-hazırda litseydə 1000 nəfərə qədər şagird oxuyur. 73 müəllim onların tə'lim-tərbiyəsi ilə məşğuldur.1991-ci ildən litseyi 250 nəfər mə'zun bitirib.Litsey iki təmayül üzrə işləyir. Bunlar təbiət və texniki təmayüllü siniflər üzrə qruplaşdırılmışdır. Təbiət elmləri təmayüllü siniflərdə fizika, kimya, biologiya fənlərinə üstünlük verilir. Texniki təmayüllü siniflərdə isə riyaziyyat, informatika, ingilis dili və digər fənlərə daha çox vaxt ayrılır.     TQDK-nın məktəbimizin göstəricilərini əks etdirən səhifəsinə baxmaq üçün bura daxil olun!... 

   


      © Copyright 2003-2004- All rights reserved

Litsey haqqında son xəbərlər...


Saytımızda hansı dəyişikliyi görmək istərdiniz?

dizayn
mə'lumatlar
həm dizayn, həm də mə'lumatlar
heç bir dəyişiklik


     

 
Saytın son yeniləşmə tarixi: 24.09.2004
webdesigner-Sevinj Suleymanova 
e-mail:sevinc@ttel-az.net  
Hosted by uCoz