• Litseyin uğurları…                     
                                 Litseyin müəllimləri
             
                          Litseyin mə’zunları
               •                11“a” sinfi (2003-cü il)
                                       Litseyin tədbirləri
                                • Fotoalbom

                           • Məktəblə əlaqə









                                                    |abiturient.az|  |tqdk.gov.az|  |mekteb.edu.az |min.edu.az|  |education.az|  |kitab.az|  |gencler.az|  
                                            

  
  
Litseyin son illərdə əldə etdiyi uğurları haqqında…

  
 
   Liseyin həm olimpiadalarda göstərdiyi uğurları, həm də ali məktəblərə qəbulda olan müvəffəqiyyətləri haqqında danışmaq olar. Liseyin şagirdləri təkcə şəhər olimpiadalarında deyil, həm də respublika olimpiadalarında iştirak edirlər. Sözsüz ki, burada da məktəbin şagirdləri uğurlar əldə edirlər. İndiyə kimi məktəbin iki şagirdi dünya olimpiadasında iştirak etmək şərəfinə layiq görülmüşdür. Onlardan biri Qurbanov Müşfiq Azərbaycanı riyaziyyat fənni üzrə təmsil etmiş, ikincisi isə Şərəfxanov Xəyal fizika fənni üzrə dünya olimpiadasında iştirak etmişdir. Məktəbimizin mə`zunu olan Şərəfxanov Xəyal həm də prezident təqaüdünə layiq görülmüşdür, belə ki, 2002-ci ildə IV qrup üzrə qəbul imtahanlarında ən yüksək bal toplamış tələbə məhz o olmuşdur. 2001-ci ilin mə`zunu olan Əliyev Ziya da prezident təqaüdçüsüdür. O, qəbul imtahanlarında topladığı bala görə respublika üzrə üçüncü yeri tutmuşdur. Məktəbimizin müəllimləri qəbul nəticələrinə görə dəfələrlə birinci yerə layiq görülmüşlər. Bu il də istisnalıq təşkil etmir. Məktəbimizi bitirən 52 mə`zundan 50-si respublikamızın müxtəlif ali məktəblərinə daxil olmuşlar. Onlardan 12-si 600-dən yuxarı bal toplamış və bu nəticəyə görə Sumqayıt məktəbləri arasıda birinci yeri tutmuşdur. Onu da qeyd etmək istərdim ki, 600-dən yuxarı bal toplamış bu tələbələrin çoxu daxil olduqları ali məktəbin ən yüksək bal toplamış tələbəsidir.
    Fəxrlə deyə bilərəm ki, mənim sinif yoldaşlarımdan da biri bu il prezident təqaüdünə layiq görülüb.

Mustafayev Çingiz Vidadi oğlu 1984-cü il sentyabrın 2-si Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olmuşdur. 1992-ci ildə 1-ci sinfə getmişdir. 2003-cü ildə Sumqayıt şəhər Texniki və Təbiət Elmlər Liseyinin mə`zunu olmuşdur. Həmin ildə Azərbaycan Respublikası İqtisadiyyat Universitetinin iqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisasına qəbul olunmuşdur. Boş vaxtlarında iqtisadiyyata və siyasətə aid kitablar mütaliə edir.

   Düzdür, liseyimiz daha çox texniki və təbiət fənləri üzrə ixtisaslaşıb, bununla belə sinif yoldaşlarım içərisində gələcəkdə hərbiçi olmaq arzusunda olanlar da var.

Əliyev Vüsal Eldar oğlu 1986-cı ildə sentyabrın 14-ü anadan olmuşdur. 1993-cü ildə Sumqayıt şəhər 12 saylı orta məktəbin 1-ci sinfinə getmişdir. 2000-ci ildən TTEL-də təhsil alıb. 2003-cü ildə həmin məktəbi bitirərək, Ali Hərbi Təyyarəçilik Məktəbinə qəbul olunub. Hərbi Məktəbə qəbul olunanlar arasında respublika üzrə topladığı bala görə birinci yeri tutmuşdur. İdamanla məşğul olur, hobbisi təyyarə şəkillərini yığmaqdır.

   Gələcəkdə hərbiçi olmaq arzusunda olanlarla yanaşı, bir idmançımız haqqında da yazmaq istərdim.

Eldarov Zaur Səbzixan oğlu 1985-ci il dekabrın 16-sı Sumqayıt şəhərində anadan olmuşdur. 1992-ci ildə TTEL-in birinci sinfinə getmişdir. Məktəbdə oxuduğu illərdə idman üzrə uğurlar əldə etmiş, respublika üzrə idman yarışlarında iştirak etmişdir.2003-cü ildə orta məktəbi bitirərək, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olunmuşdur. Təkmübarizlik fakültəsinin yüngül atletika ixtisasının tələbəsidir. Idman növləri içərisində futbolla daha çox maraqlanır.



      © Copyright 2003-2004- All rights reserved

Litsey haqqında son xəbərlər...


Saytımızda hansı dəyişikliyi görmək istərdiniz?

dizayn
mə'lumatlar
həm dizayn, həm də mə'lumatlar
heç bir dəyişiklik


     

 
Saytın son yeniləşmə tarixi: 13.09.2004
webdesigner-Sevinj Suleymanova 
e-mail:sevinc@ttel-az.net  
Hosted by uCoz