• Litseyin uğurları                     
                                 Litseyin müəllimləri
             
                          Litseyin mə’zunları
               •                11“a” sinfi (2003-cü il)
                                       Litseyin tədbirləri
                                • Fotoalbom

                           • Məktəblə əlaqə









                                                    |abiturient.az|  |tqdk.gov.az|  |mekteb.edu.az |min.edu.az|  |education.az|  |kitab.az|  |gencler.az|  
                                            
Sinfin şəkilləri
Xatirələr
Sumqayıt şəhər, daş hasarlarla əhatə olunmuş, səmada ay kimi ağaran bina və “qızıl” hərflərlə yazılmış sözlər:
Nizami G
əncəvi adına
Texniki və Təbiət Elmlər Liseyi.
 

   Balaca uşaqlar nəyə görəsə həmişə tez böyümək istəyir, özlərini ata-analarına bənzədib, valideynləri kimi bütün işlərində müstəqil olmaq istəyirlər. Lakin vaxt çox tez keçir və vaxtilə əllərində gül sentyabrın biri ilk dəfə məktəbə gedən birincilər artıq indi 11-ci sinifi qurtarıb, hərəsi bir ali məktəbin tələbəsidir. On bir il bundan əvvəl tez böyümək istəyən bu uşaqlar artıq öz məktəb illərini keçmişdə qoyub, yeni həyata qədəm basıblar. “Məktəb illəri dedikdə nə yada düşür?”-Ilk məktəb günlərimiz, ilk zəngin sədaları, müəllimləri görəndə keçirdiyimiz həyəcan və qorxu ...
   Məktəb bizə çox şeyi öyrədir, həyatımızda daima qalan hədiyyələr edir. Bunlardan ən əsası məktəb illərində yaranan dostluqdur. Çox vaxt bu dostluq illərlə -məktəbi bitirəndən sonra da davam edir. Lakin fikirləşəndə ki, bu dostluq da məktəb illəri kimi keçib gedəcək istər-istəməz adam kədərlənir, özünü tənha hiss etməyə başlayır. İndi sevinclə deyə bilərəm ki, sinfimizdə olan dostlar ayrı-ayrı ali məktəblərdə oxumalarına baxmayaraq, bir-birlərini yaddan çıxarmırlar. Düzdür, mənim üçün dostumu görmək daha asandır, çünki xoşbəxtlikdən biz eyni qrupda oxuyuruq. Lakin eşidəndə ki, Elnur və Ziyad özlərinin yaxın dostu olan Əsgərov Orxanın yanına gedirlər, Qəribə tez-tez öz rəfiqələri-Nailə və Gülşənlə görüşür düşünürəm ki, bəllkə də, məktəb illərində yaranan dostluq əbədi olur.
   İbtidai siniflərdə dostluq və mehribanlıq olsa da, yuxarı siniflərdə şagirdlər arasında birlik daha da artır. 7 il başqa məktəbdə oxumağıma baxmayaraq, “Məktəb illəri” deyəndə TTEL-də keçirdiyim illər yada düşür. Sinfimizdə oxuyan və digər məktəbdən gələn uşaqların çoxu belə hesab edir. 4 il bundan əvvəl olan hadisələri-8-ci sinfi yada salmaq istərdim. 8”A” sinfi onda təzə yaranmışdı. Hər sinifdən ən yaxşı oxuyan şagirdlər bu sinfə yığılmışdı. Həmin dövrdə tez-tez “Mən 7”A”, mən 7”B” sinfinin şagirdiyəm.” sözlərini eşitmək olardı. Onda sinfimizdə 24 şagird var idi-12 oğlan, 12 qız. Sinif rəhbərimiz-Gülzar müəllimə bu sinif haqqında ideal sinif kimi danışdığı halda, məncə, əsl ideal sinif 9-cu sinfin sonu, 10-cu sinfin əvvəlində yarandı. Sinfə yeni uşaqlar gəldi, bə`ziləri isə sinifdən çıxdılar, nəticədə, 30 nəfərdən ibarət 10”A” sinfi yarandı. Məktəb tarixində şagirdlərin sayına görə ən böyük olan sinfimiz 21 oğlan və 9 qızdan ibarət idi.
ardı...

 

      © Copyright 2003-2004- All rights reserved

Litsey haqqında son xəbərlər...


Saytımızda hansı dəyişikliyi görmək istərdiniz?

dizayn
mə'lumatlar
həm dizayn, həm də mə'lumatlar
heç bir dəyişiklik


     

 
Saytın son yeniləşmə tarixi: 13.09.2004
webdesigner-Sevinj Suleymanova 
e-mail:sevinc@ttel-az.net  
Hosted by uCoz