• Litseyin uğurları                     
                                 Litseyin müəllimləri
             
                          Litseyin mə’zunları
               •                11“a” sinfi (2003-cü il)
                                       Litseyin tədbirləri
                                • Fotoalbom

                           • Məktəblə əlaqə









                                                    |abiturient.az|  |tqdk.gov.az|  |mekteb.edu.az |min.edu.az|  |education.az|  |kitab.az|  |gencler.az|  
                                            
Sinfin şəkilləri


 
… Bütün uğurlarımıza görə həmişə Sizə borclu olacağıq, əziz müəllimlərimiz!…
   

   Məktəb haqqında danışarkən müəllimləri yada salmamaq olmaz. Me`mar gözəl sənət əsərləri yaratdığı kimi müəllim də birinci sinifdə məktəbə gələn uşaqdan savadlı, mədəniyyətli insan tərbiyə edir. Müəllimlərin bizə verdiyi bilik və həyat dərsləri heç vaxt unudulmur. Mən 2003-cü ilin 11"A" sinfi adından demək istərdim ki, biz əldə etdiyimiz və gələcəkdə əldə eədəcəyimiz bütün uğurlara görə həmişə Sizə borclu olacağıq, əziz müəllimlərimiz!
    Doğma məktəbimizin direktoru-Minarə müəllimənin əməyi xüsusilə qeyd edilməlidir. Minarə müəllimə bizim sinfə eyni zamanda həm ciddi direktor kimi, həm də mehriban dost kimi yanaşmışdır. Onun verdiyi məsləhətlər bizə həmişə kömək etmişdir. Lazım olanda sinfimizin uşaqlarının tərəfində olması bizə mə`nəvi dayaq olmuşdur.
   Bizim sinfimizin yaradıldığı ilk gündən sinif rəhbərimiz olan Gülzar müəlliməni biz heç vaxt unutmarıq. Hörmətli Gülzar müəllimə! Mehriban ana kimi Siz həmişə sinfimizin hər bir uşağı üçün narahat olmusunuz. Keçirdiyimiz bütün bayram və tədbirlərə görə biz Sizə öz minnətdarlığımızı bildiririk, çünki sinfimizin uşaqlarını bir yerə yığan, uşaqlarımızın mehribanlaşmasına şərait yaradan məhz Siz olmusunuz!
   Son illərdə bizim tərbiyəmizlə məşğul olan fənn müəllimlərimizi də yaddan çıxarmaq olmaz.Riyaziyyat müəllimi Ərəstun müəllimin əməyi sayəsində sinfimizin uşaqları həmişə riyaziyyat fənni üzrə olimpiadalarda yüksək nəticələr əldə etmişlər. Ali məktəblərə qəbulda əldə etdiyimiz müvəffəqiyyətlərə görə də biz ən çox Sizə borcluyuq. Bu nəticələrə görə məktəbimiz riyaziyyat fənni üzrə respublikada 2-ci yer tutmuşdur.
    Yeri gəlmişkən onu da qeyd etmək istərdim ki, məktəbimiz ədəbiyyatdan respublikada birinci yerə, Azərbaycan dilindən 2-ci yerə layiq görülmüşdür. Bu uğurlarımızın səbəbi isə budur ki, bizə həmin fənlərdən Mahirə müəllimə dərs demişdir. O, bizdə şe`rə, ədəbiyyata həvəs oyatmaqla sinfimizin uşaqlarının məktəbimizin ədəbi-bədii gecələrində iştirak etməsinə imkan yaratmışdır. Mahirə müəllimənin təşkil etdiyi ən yaddaqalan gecələrdən biri şair Nüsrət Kəsəmənlinin iştirak etdiyi tədbir idi. Həmin görüşdə şair xoş bir təəccüblə qeyd etmişdir ki, iştirak edənlərin çoxu özünü 10"A" sinfinin şagirdi kimi təqdim etmişdir.
    Sinfimizin uşaqlarına həmişə yaxın dost kimi yanaşan, onların hər bir hərəkətinə haqq qazandırmağı çalışan ingilis dili müəllimlərimiz-Gülnarə müəlliməni, Gülnaz müəlliməni, coğrafiya müəlliməmiz-Rə`na müəlliməni biz həmişə özümüzə çox yaxın hiss edəcəyik.
    Gülnarə müəllimə ingilis dilindən mənim oxuduğum qrupa dərs deyirdi. Ona görə də mən onun haqqında daha çox danışa bilərəm. ən çox bir şeyi qeyd etmək istəyirəm ki, onun dərs demək tərzi elədir ki, hər bir şagirddə ingilis dilinə həvəs oyadır. Uşaqlarımız sinfimizin bütün sirlərini ona asanlıqla deyə bilərdi.
    Gülnaz müəlliməni,məncə, hamı uşaqlar üçün maraqlı oyunlar tərtib edən, dərsə həvəsi məhz bu oyunlarla oyadan müəllimə kimi yadda saxlayıb. Bir də Gülnaz müəllimə məhz o müəllimlərdəndir ki, sinfimizin birliyinin möhkəmlənməsinə tə`sir edirdi.
    Rə`na müəllimə hər birimizin dostu idi . Qəbul imtahanlarından əvvəl o, apardığı söhbətlərlə bizim narahatlığımızı azaldırdı, hər birimizə mə`nəvi dayaq rolunu oynayırdı. Məktəbimiz ingilis dilindən respublikada ikinci yerə, coğrafiyadan isə birinci yerə layiq görülüb.
    11-ci sinifdə bizim qayğımızı çəkən müəllimlərdən Zahid müəllimi qeyd etməmək haqsızlıq olardı. Çunki məhz Zahid müəllim 11-ci sinifdə bizim sinif rəhbərimiz olmuşdu. Sonuncu il hər bir şagird uçun olduğu kimi bizim uçun də həm məs'uliyyətli, həm də çətin il idi. Zahid müəllimə bu çətin ildə bizə göstərdiyi bütün köməyə görə böyük minnətdarlığımızı bildiririk.

      © Copyright 2003-2004- All rights reserved

 

Litsey haqqında son xəbərlər...


Saytımızda hansı dəyişikliyi görmək istərdiniz?

dizayn
mə'lumatlar
həm dizayn, həm də mə'lumatlar
heç bir dəyişiklik


     

 
Saytın son yeniləşmə tarixi: 13.09.2004
webdesigner-Sevinj Suleymanova 
e-mail:sevinc@ttel-az.net  
Hosted by uCoz